Bir neçə bazarda nöqsanlar aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bir neçə bazarda nöqsanlar aşkarlanıb

17:11 - 03 / 12 / 2025
Bir neçə bazarda nöqsanlar aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Neftçala, İmişli və Tovuz rayonlarında fəaliyyət göstərən ərzaq bazarlarında növbəti monitorinqlər həyata keçirilib.

1news.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, monitorinq zamanı bir sıra nöqsanlar aşkar olunub. Belə ki, bazarlarda balıq məhsullarının açıq havada satışının həyata keçirildiyi, süd və süd məhsullarının satışı sahələrində isə saxlanc və soyuducuların təşkil olunmadığı müəyyən edilib. Bundan başqa, müəyyən olunub ki, bazar daxilində abadlaşdırma işləri aparılmayıb, işçilər sanitar geyimlərlə təmin edilməyib, piştaxtalar asan yuyulub təmizlənə bilən materialdan təşkil olunmayıb.

Aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün bazar sahiblərinə müvafiq göstərişlər verilib, qanunvericilik çərçivəsində inzibati tədbirlər görülüb. AQTA bildirir ki, insanların sağlamlığını riskə atan, qida təhlükəsizliyi tələblərinə əməl etməyən satış subyektləri ilə bağlı nəzarət tədbirləri davam etdiriləcək və sərt tədbirlər görüləcək.

Paylaş:
406

Son xəbərlər

Bütün xəbərlər