19 ölkənin vətəndaşlarına ABŞ qadağası – Qaçqınlıq müraciətləri dayandırıldı
ABŞ Prezidenti Donald Trump administrasiyası, “yüksək riskli ölkə” kateqoriyasına daxil olan 19 ölkənin vətəndaşları tərəfindən edilən bütün qaçqınlıq müraciətlərini və miqrantlara yardım tələblərini müvəqqəti dayandırıb.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ Vətəndaşlıq və Miqrasiya Xidmətləri (USCIS) qurum əməkdaşlarına “əhatəli yoxlama aparılana qədər vətəndaşlığı nə olursa olsun, bütün I-589 formalarını (Qaçqınlıq və Deportasiya Olunmamaq Üçün Müraciətlər) və yardım tələblərini müvəqqəti dayandırın” təlimatı verib.
Xəbərdə qeyd olunur ki, ABŞ-ın keçmiş Prezidenti Donald Trump tərəfindən 5 iyun tarixində imzalanmış fərman çərçivəsində Əfqanıstan, Myanma, Çad, Konqo Respublikası, Ekvator Ginesi, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşlarının ABŞ-a səfəri qadağan edilmişdi. Trump həmçinin Burundi, Kuba, Laos, Sierra Leone, Togo, Türkmənistan və Venesuela vətəndaşlarına da səyahət məhdudiyyətləri tətbiq etmişdi. Bu ölkələr məlumatda “yüksək riskli 19 ölkə” kimi qeyd olunur.








