Sabah Xətaidə qaz kəsiləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah Xətaidə qaz kəsiləcək

Qafar Ağayev17:15 - Bu gün
Sabah Xətaidə qaz kəsiləcək

Sabah Bakının Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

1news.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, Xətai rayonu, H.Salmani küçəsində yeraltı qaz xəttinin mövcud şəbəkəyə qoşulması işlərinin görülməsi məqsədilə noyabrın 14-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə H.Salmani küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər