Qax Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Qax Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

17:53 - Bu gün
Qax Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Elvin Nazim oğlu Paşayev bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edib və dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

Elvin Paşayev ona göstərilən etimada görə minnətdarlıq edib.

Paylaş:
57

Son xəbərlər

Bütün xəbərlər