12 ayın işi, 60 saniyədə: tikinti prosesini “Timelapse” ilə izləyin! - VİDEO
Bir yaşayış kompleksinin tikintisi nə qədər müddətə başa gəlir? Bir il? İl yarım? Bəs bu prosesi izləməyi bir dəqiqə sığdırsaq, necə? Timelapse çəkiliş texnologiyası ilə mümkündür!
“Timelapse Baku” Azərbaycanda timelapse çəkiliş xidmətləri göstərən ilk peşəkar şirkətlərdən biridir. Şirkət uzunmüddətli inşaat, infrastruktur layihələrinin və tədbirlərin təşkil edilməsinin vizual olaraq izlənilməsi və təqdimatı üçün müasir həllər təklif edir.
Niyə timelapse video?
Timelapse video uzun müddət ərzində baş verən dəyişiklikləri qısa vaxtda izləməyə imkan verən xüsusi çəkiliş texnologiyasıdır. Məsələn, aylarla, bəzən isə illərlə davam edən inşaat işləri, yaxud hazırlığı günlərlə çəkən tədbirlər bir neçə saniyəlik dinamik videoya çevrilir. Bu üsul həm layihələrin miqyasını və nəticəsini göstərmək, həm də vizual hekayə yaratmaq üçün ən təsirli vasitələrdən biridir.
Müasir dövrdə rəqabətli biznes mühitində inşaat işlərinin, tikinti prosesinin və digər layihələrin gedişatının çəkilişi təkcə estetik baxımdan deyil, həm də idarəetmə və kommunikasiya baxımından böyük rol oynayır. Timelapse video sayəsində:
- Proseslər, ümumi gedişat günlərdən, aylardan illərə qədər izlənilə və bir neçə dəqiqəyə sığdırıla bilir.
- İnvestorlar və tərəfdaşlar real vaxtda layihənin necə irəlilədiyini görə bilirlər.
- Marketinq və PR üçün yüksək keyfiyyətli məzmun əldə olunur.
- Layihə menecerləri prosesi bulud əsaslı sistemlə istənilən yerdən izləyə bilirlər.
Timelapse Baku-nun üstünlükləri
“Timelapse Baku”nun xidmətləri geniş spektrdə istifadəçilər üçün ideal seçimdir. İnşaat və developer şirkətləri layihələrinin inkişafını inşaat videoları vasitəsilə nümayiş etdirmək üçün, dövlət və özəl sektor iri infrastruktur layihələrinin şəffaf və təsirli təqdimatı üçün, tədbir təşkilatçıları isə festivallar, sərgilər və digər genişmiqyaslı tədbirlərin vizual yaddaşını yaratmaq üçün şirkətin xidmətlərindən yararlana bilərlər.
- Peşəkar avadanlıqlar – hər mövsimdə və hər hava şəraitində davamlı çəkiliş.
- Bulud əsaslı monitorinq – 24/7 onlayn nəzarət imkanı.
- Arxivləşdirmə və montaj – hər bir şəkil qorunur, sonda isə keyfiyyətli video hazırlanır.
- Fərqli sahələr üçün həllər – inşaat, sənaye, tədbirlər və s.
Layihələrin başlanğıcından sonuna qədər bütün mərhələlər – avadanlıq quraşdırılması, çəkilişin icrası, görüntülərin arxivləşdirilməsi və sonunda yüksək keyfiyyətli videonun istehsalı – “Timelapse Baku” tərəfindən yerinə yetirilir. Şirkətin həyata keçirdiyi layihələr ilə www.timelapsebaku.az veb-saytından tanış ola bilərsiniz.
Əgər siz də layihənizin dəyərini artırmaq, prosesi həm ictimaiyyətə, həm də investorlarınıza vizual və təsirli formada təqdim etmək istəyirsinizsə, “Timelapse Baku” sizin üçün doğru seçimdir.
Reklam hüququnda












