Saytlara girişdə yaranan çətinliklə bağlı ETX-dən AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Saytlara girişdə yaranan çətinliklə bağlı ETX-dən AÇIQLAMA

16:56 - 18 / 11 / 2025
Saytlara girişdə yaranan çətinliklə bağlı ETX-dən AÇIQLAMA

Elektron Təhlükəsizlik Xidməti saytlara girişdə yaranan çətinliklə əlaqədar açıqlama yayıb.

ETX-dən 1news.az-a daxil olan məlumatda deyilir:

"Hazırda qlobal kibertəhlükəsizlik xidmətləri göstərən "Cloudflare" şirkətinin qlobal şəbəkəsində genişmiqyaslı texniki problem müşahidə olunur. Bu nasazlıq nəticəsində ölkəmizdə də bir sıra internet resurslarının fəaliyyətində fasilələr yaranıb və xidmətlərə əlçatanlıq məhdudlaşıb.

Bir daha qeyd edirik ki, yaranmış problem lokal infrastruktur və ya milli internet şəbəkəsi ilə bağlı deyil. Çətinlik birbaşa "Cloudflare"-in beynəlxalq şəbəkəsində baş verən texniki nasazlıqdan qaynaqlanır və bütün dünyada çoxsaylı istifadəçilərə təsir göstərir.

Məlumat üçün bildirək ki, nasazlıqla bağlı "Cloudflare"də açıqlama yayıb. Açıqlamaya görə, şirkət hazırda bir neçə müştəriyə təsir edən qlobal səviyyəli nasazlığı araşdırır və aradan qaldırılması istiqamətində iş görür".

Paylaş:
241

Son xəbərlər

Bütün xəbərlər