Azərbaycan və Pekin Tibb Universitetlərinin birgə işçi qrupu yaradılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan və Pekin Tibb Universitetlərinin birgə işçi qrupu yaradılacaq

Qafar Ağayev11:00 - Bu gün
Azərbaycan və Pekin Tibb Universitetlərinin birgə işçi qrupu yaradılacaq

Azərbaycan və Pekin Tibb Universitetlərinin gələcəkdə birgə işçi qrupu yaradılacaq.

Bu barədə 1news.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nümayəndə heyəti Pekində bir sıra görüşlər keçirib.

Azərbaycan nümayəndə heyəti Pekin Çin Təbabəti Universitetinin klinikasının fəaliyyəti ilə də tanış olub. İnstitutun rektoru professor Nazim Pənahov və Pekin Çin Təbabəti Universitetinin rektoru Tang Zhishu arasında görüş keçirilib və Anlaşma Memorandumu imzalanıb.

Daha sonra Pekin Universiteti Tibb Elmləri Mərkəzində keçirilən görüşdə davamlı tibbi təhsil, elmi tədqiqatlar, rezident və müdavim mübadiləsi üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. Tərəflər birgə işçi qrupunun yaradılması və gələcəkdə əməkdaşlıq memorandumunun imzalanması barədə razılığa gəliblər.

Paylaş:
75

Son xəbərlər

Bütün xəbərlər