Şair Arif Buzovnalı dəfn olunub - YENİLƏNİB | 1news.az | Xəbərlər
Mədəniyyət

Şair Arif Buzovnalı dəfn olunub - YENİLƏNİB

16:55 - Bu gün
Şair Arif Buzovnalı dəfn olunub - YENİLƏNİB

Şair, qəzəlxan Arif Buzovnalı Buzovna qəbirstanlığında dəfn edilib.

1news.az APA-ya istinadən xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, sənət dostları iştirak ediblər.

Qeyd edək ki, Arif Buzovnalı ilə vida mərasimi Buzovnada yerləşən Məşədi Qərib məscidində keçirilib.

10:36

Qəzəlxan şair Arif Buzovnalı (Əliyev Arif) vəfat edib.

1news.az-ın "Report"a istinadən xəbərinə görə, bu barədə şairin yaxınları məlumat verib.

Qeyd edək ki, Arif Buzovnalı 6 sentyabr 1972-ci ildə Bakının Buzovna qəsəbəsində anadan olub.

O, Bakıda və Abşeronda fəaliyyət göstərən müxtəlif ədəbi məclislərin, o cümlədən "Füzuli" və "Məcməüş-şüəra" məclislərinin üzvü olub.

Paylaş:
3432

Son xəbərlər

Bütün xəbərlər