Avtobus sürücüsü olaraq fəaliyyətə başlayan xanım çətinliyi nədə görür? – VİDEOREPORTAJ | 1news.az | Xəbərlər
1news TV

Avtobus sürücüsü olaraq fəaliyyətə başlayan xanım çətinliyi nədə görür? – VİDEOREPORTAJ

Qafar Ağayev16:42 - Bu gün
Avtobus sürücüsü olaraq fəaliyyətə başlayan xanım çətinliyi nədə görür? – VİDEOREPORTAJ

Xəbər verdiyimiz kimi, bu gündən Bakıda qadın avtobus sürücüləri fəaliyyətə başlayıblar.

1news.az xəbər verir ki, İctimai nəqliyyatda qadın sürücülərin iştirakını genişləndirmək məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən xüsusi təlim proqramı həyata keçirilib.

Proqram çərçivəsində xanım namizədlər avtobus sürücüsü kimi peşəkar fəaliyyətə başlamaq üçün nəzəri və praktiki hazırlıqdan keçiblər.

İlkin mərhələdə 2 qadın sürücü xəttə çıxacaq, yaxın zamanda isə daha bir xanım sürücünün fəaliyyətə başlaması planlaşdırılır.

İlk mərhələdə onların işinə təcrübəli mentor-sürücülər tərəfindən dəstək göstərilir.

Qadın sürücülər 140 və 121E ekspres marşrutlarını idarə edəcəklər.

Onu da qeyd edək ki, qadın sürücülərin ilk sərnişinləri media nümayəndələri olub.

Xanım sürücüsü reportajımızda öz bu sahə ilə bağlı sualları cavablandırıb.

Daha ətraflı videoda:

Foto+video: Nadir İbrahimli

Paylaş:
514

Son xəbərlər

Bütün xəbərlər