Azərbaycan millisinin oyunu əlverişsiz hava şəraitinə görə təxirə salınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan millisinin oyunu əlverişsiz hava şəraitinə görə təxirə salınıb

Qafar Ağayev15:08 - Bu gün
Azərbaycan millisinin oyunu əlverişsiz hava şəraitinə görə təxirə salınıb

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Şimali Makedoniya yığması ilə oyunu təxirə salınıb.

1news.az xəbər verir ki, B Liqasının 5-ci qrupunun II turu çərçivəsində bu gün baş tutmalı olan görüş Strumitsa şəhərində hava şəraitinin əlverişsiz və meydançanın yararsız vəziyyətdə olması səbəbindən başqa vaxta keçirilib.

Qarşılaşmanın noyabrın 29-da reallaşması nəzərdə tutulub.

Paylaş:
40

Son xəbərlər

Bütün xəbərlər