Ölkə üzrə dispanser qeydiyyatına alınan vərəmli xəstələrin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkə üzrə dispanser qeydiyyatına alınan vərəmli xəstələrin sayı açıqlanıb

Qafar Ağayev12:57 - Bu gün
Ölkə üzrə dispanser qeydiyyatına alınan vərəmli xəstələrin sayı açıqlanıb

“Ölkə üzrə ilkin vərəmli xəstələrin sayı - 1 875 nəfər, təkrar vərəmli xəstələrin sayı - 1 647 nəfərdir”.

1news.az xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib.

“Beləliklə, cəmi 3 522 nəfər 2025-ci ilin 11 ayı üzrə dispanser qeydiyyatına alınıb, onlardan isə 579 nəfər dərmana davamlı xəstələrdir”.

O qeyd edib ki, 2025-ci ildə TƏBİB tabeliyində vərəm əleyhinə mübarizə xidmətinin təşkili, idarəetmə və koordinasiyasının optimallaşdırılması, əhali arasında vərəm və digər ağciyər xəstəliklərinin profilaktikası, vaxtında aşkarlanması, diaqnostikası və müalicəsi üzrə tədbirlərin keyfiyyətinin artırılması məqsədilə Ağciyər Xəstəlikləri Mərkəzi təsis edilib. Mərkəz müvafiq dərman vasitələri, tibbi ləvazimat və zəruri avadanlıqlarla təmin olunaraq fəaliyyətə başlayıb.

Paylaş:
52

Son xəbərlər

Bütün xəbərlər