Qusarda avtoxuliqanlıq edən sürücü həbs edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Qusarda avtoxuliqanlıq edən sürücü həbs edilib

Qafar Ağayev12:04 - Bu gün
Qusarda avtoxuliqanlıq edən sürücü həbs edilib

Qusarda avtoxuliqanlıq edən sürücü həbs edilib.

1news.az-ın məlumatına görə, Qusar rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən "BMW" markalı 10-ZR-886 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İbrahim Əzizov polis əməkdaşları tərəfindən saxlanılıb.

Belə ki, sürücü barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə İ.Əzizovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.

Paylaş:
58

Son xəbərlər

Bütün xəbərlər