Ermənistan Qarabağla bağlı danışıqlar üzrə 13 sənəd dərc edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənistan Qarabağla bağlı danışıqlar üzrə 13 sənəd dərc edib

15:49 - Bu gün
Ermənistan Qarabağla bağlı danışıqlar üzrə 13 sənəd dərc edib

Ermənistan hökuməti "Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin Sənədləri"ni dərc edib.

1news.az-ın "Report"a istinadən məlumatına görə, hökumətin saytında cəmi 13 sənəd dərc olunub.

Bunlar arasında: ATƏT-in Minsk qrupunun 2016 və 2019-cu illərə aid təklifləri, Madrid prinsipləri, Kazan prinsipləri, Rusiyanın təkliflər paketi və s. var.

Xatırladaq ki, daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ nizamlanması ilə bağlı Azərbaycanla danışıqların tarixçəsi ilə əlaqədar bütün əsas sənədləri 2025-ci ilin sonunadək dərc etməyi vəd edib.

Paylaş:
36

Son xəbərlər

Bütün xəbərlər