İki illik enerji, musiqi və unudulmaz gecələr: FOMO Baku bu günü birlikdə qeyd etməyə dəvət edir! - FOTO
Şəhərin ən yeni və eksklüziv gecə klubu olan FOMO Baku, parlaq hadisələrlə, sürətli inkişafla və beynəlxalq tanınma ilə dolu daha bir ili qeyd edir. Paytaxtın tam mərkəzində yerləşən klub qısa zamanda dünya üzrə elektron musiqi sənətçiləri və izləyicilərinin qlobal toplanış nöqtəsinə çevrilib.
Dünyanın aparıcı klub səhnəsində öz yerini sürətlə möhkəmləndirən FOMO Baku, nüfuzlu DJ Mag Top 100 Clubs reytinqində 65-ci yeri tutaraq, dünyanın ən enerjili və tələb olunan klublarından biri statusunu təsdiqləyib. Özünəməxsus atmosfer, qüsursuz səs dizaynı və peşəkar şəkildə seçilmiş musiqi proqramı FOMO-nu Azərbaycanın gecə həyatında yeni bir dövrün simvoluna çevirib.
Bu il klubun Ad Günü, mövsümün ən iddialı gecələrindən birinə çevrilərək, bütöv bir “Birthday Weekend” – 5 və 6 dekabr tarixlərini əhatə edən xüsusi həftəsonu – kimi qeyd olunur.
Bu bayrama möhtəşəm lineup dünya səviyyəli artistləri bir araya gətirir. Uzun zamandır gözlənilən bu xüsusi həftəsonunu açacaq ad isə çox özəldir:
FRANK WIEDEMANN (Âme) – alman musiqiçisi, prodüseri və Innervisions ilə Bigamo Musik-in həmtəsisçisi. O, Âme, Howling, Schwarzmann və A Critical Mass kimi layihələri ilə tanınır. 5 dekabrda Frank Wiedemann FOMO Baku səhnəsinə eksklüziv LIVE-performansla geri dönür.
6 dekabrda baş tutacaq bayram həftəsonunun ikinci gecəsi isə mövsümün ən önəmli tədbirlərindən birinə çevriləcək.
PACO OSUNA – 30 illik karyerası ilə texno sənayesinin əfsanələrindən biri, Hï Ibiza rezidenti, “Mindshake Records”-un qurucusu və “NOW HERE” konseptinin yaradıcısı. Qlobal səhnənin aparıcı simalarından olan Paco bu xüsusi gecəyə öz güclü, enerjili və imzalı səslənişi ilə damğa vuracaq.
TOMAN – Avropanın yeni elektron musiqi dalğasının ən diqqətçəkən adlarından biri. House, techno və minimalın özünəməxsus qarışığı ilə formalaşan üslubu onu aparıcı label və səhnələrin sevimlisinə çevirib.
FOMO Baku qonaqları bu xüsusi günü birlikdə qeyd etməyə və mövsümün əsas hadisəsinin bir parçası olmağa dəvət edir. 5 və 6 dekabr üçün biletlər artıq satışdadır. Onları klubun rəsmi saytından əldə edə bilərsiniz: www.fomobaku.com
FOMO Baku – musiqinin emosiyaya, gecənin isə tarixə çevrildiyi məkan.
Reklam hüququnda















