Lekler: Ferrari-nin əsas zəif tərəfi mühərrikdir
“Ferrari”nin pilotu Çarlz Lekler bildirib ki, komandanın 2026 mövsümündə ən çox inkişaf etdirməli olduğu sahə mühərrikdir.
1news.az xarici mediaya istinadən xəbər verir ki, o, bu fikirləri ilk üç yarışdan sonra deyib.
Lekler bildirib:
“Görünür ki, əsas zəif tərəfimiz güc qurğusudur. Təəssüf ki, bu sahədə yenilikləri Mayamiyə qədər tətbiq edə bilməyəcəyik”.
Buna baxmayaraq, Ferrari mövsümə yaxşı başlayıb və bütün yarışlarda podiuma çıxaraq Konstruktorlar çempionatında Mercedes komandasından sonra ikinci yerdədir.
Lekler qeyd edib ki, komanda yalnız mühərrik üzərində deyil, eyni zamanda aerodinamika, şassi və təkərlərin düzgün işləməsi üzərində də çalışır. Onun sözlərinə görə, məqsəd Mercedes-lə aradakı fərqi azaltmaq və McLaren komandasını geridə saxlamaqdır.
Hazırda pilotlar çempionatında Lekler 49 xalla üçüncü yerdədir. Kimi Antonelli 72 xalla liderdir, George Russell isə 63 xalla ikinci pillədə qərarlaşıb.










