Narkotik vasitənin təsiri altında avtomobil idarə edən paytaxt sakini saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən paytaxt sakini saxlanılıb

13:07 - Bu gün
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən paytaxt sakini saxlanılıb

Paytaxt sakini Nadir Zeynalov “BMW” markalı avtomobillə Ələt-Astara avtomagistralında hərəkətdə olarkən YPX Alayının stasionar postunda nəzarət qaydasında saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub. Müayinə zamanı özünün də etiraf etdiyi kimi, narkotik vasitənin təsiri altında olduğu sübuta yetən N.Zeynalov inzibati məsuliyyətə cəlb edilib.

Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.

Paylaş:
38

Son xəbərlər

Bütün xəbərlər