Azərbaycanın “Olivea” zeytun yağı Rusiya Keyfiyyət Sisteminin testlərində lider markalar sırasında yer aldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın “Olivea” zeytun yağı Rusiya Keyfiyyət Sisteminin testlərində lider markalar sırasında yer aldı

11:58 - Bu gün
Azərbaycanın “Olivea” zeytun yağı Rusiya Keyfiyyət Sisteminin testlərində lider markalar sırasında yer aldı

MDB, Mərkəzi Avropa və Cənub-Şərqi Asiya regionlarında ən böyük zeytun bağlarına sahib olan Azərbaycanın “Grand Agro” şirkətinin “Olivea” brendi Rusiya Keyfiyyət Sisteminin (Roskaçestvo) testlərində yüksək nəticə ilə seçilib.

“Roskaçestvo”nun istehlakçı portalında və “Kommersant”da dərc olunan məlumata görə, brend “extra virgin” adı ilə satılan zeytun yağları arasında ən yüksək keyfiyyət göstəricilərindən birini nümayiş etdirib.

Rusiya Keyfiyyət Sistemi tərəfindən aparılan geniş laborator analizlər zamanı yağların tərkibi, turşuluq səviyyəsi, saxtalaşdırılma ehtimalı və dad-aroma xüsusiyyətləri qiymətləndirilib. "Olivea" təbii tərkibi və real “extra virgin” standartlarına tam uyğunluğu ilə seçilib.

“Kommersant” nəşrinin məlumatına görə, araşdırmada iştirak edən bir çox məhsullarda etiketlə tərkib arasında uyğunsuzluqlar aşkarlanıb. Bu qiymətləndirmədə “Olivea” lider markalarla eyni səviyyədə yer alıb.

“Grand Agro”nun geniş zeytun bağçılığı infrastrukturu istehsalda yüksək keyfiyyətli xammalın davamlı şəkildə təmin olunmasına imkan verir ki, bu da “Olivea” brendinin keyfiyyət göstəricilərinə birbaşa müsbət təsir göstərir.

Reklam hüququnda

Paylaş:
45

Son xəbərlər

Bütün xəbərlər