İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 900-ü keçib | 1news.az | Xəbərlər
Dünya

İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 900-ü keçib

Qafar Ağayev09:21 - Bu gün
İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 900-ü keçib

İndoneziyanın Sumatra adasında baş verən güclü daşqın və torpaq sürüşmələri nəticəsində azı 950 nəfər həlak olub, daha 274 nəfər isə itkin düşmüş hesab olunur.

1news.az xəbər verir ki, məlumatı İndoneziyanın Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Agentliyi yayıb.

Agentliyin açıqlamasında bildirilir ki, təbii fəlakət nəticəsində 5 minə yaxın insan xəsarət alıb.

Qeyd edək ki, daha əvvəl ölənlərin sayının 900 nəfəri keçdiyi bildirilirdi.

İndoneziyanın Milli Axtarış və Xilasetmə Agentliyinin məlumatına görə, fəlakətə noyabrın sonundan bölgədə davam edən güclü yağışlar səbəb olub. Sellər yaşayış evlərinə, yollara və infrastruktur obyektlərinə ciddi ziyan vurub, xilasedicilərin ən çox zərər çəkmiş ərazilərə girişini xeyli çətinləşdirib.

Paylaş:
35

Son xəbərlər

Bütün xəbərlər