Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək

Qafar Ağayev09:57 - Bu gün
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək

Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda və Ağdərə rayonu ərazisindəki təlim mərkəzində yararsız döyüş sursatları məhv ediləcək.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, - məlumatd qeyd edilib.

Paylaş:
39

Son xəbərlər

Bütün xəbərlər