RİNN-də Birləşmiş Krallığın ticarət elçisi ilə görüş keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

RİNN-də Birləşmiş Krallığın ticarət elçisi ilə görüş keçirilib

Qafar Ağayev17:53 - Bu gün
RİNN-də Birləşmiş Krallığın ticarət elçisi ilə görüş keçirilib

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədovla ölkəmizdə səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan və Mərkəzi Asiya ölkələri üzrə ticarət elçisi Lord Con Olderdays arasında görüş keçirilib.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, ticarət elçisinə son 20 ildə ölkədə nəqliyyat və kommunikasiya infrastrukturuna yatırılan sərmayələr və həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Azərbaycanın Mərkəzi Asiya, eləcə də Orta Dəhliz üzərində yerləşən digər ölkələrlə fəal əməkdaşlığı nəticəsində son illərdə bu dəhlizlə daşımaların həcminin bir neçə dəfə artdığı qeyd olunub.

Görüşdə Zəngəzur dəhlizinin tikintisi üzrə görülən işlər barədə məlumat verilib, layihənin regional kommunikasiyaların şaxələndirilməsinə, eləcə də bölgədə davamlı sülh və rifahın dəstəklənməsinə töhfə verəcəyi diqqətə çatdırılıb.

Həmçinin Azərbaycanla Birləşmiş Krallıq arasında tərəfdaşlığın gündəliyində olan prioritet fəaliyyət istiqamətləri, o cümlədən aviasiya və dəmiryol nəqliyyatı, süni intellekt, kibertəhlükəsizlik, rəqəmsal bilik və bacarıqlara malik insan kapitalının inkişafı üzrə birgə fəaliyyətin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər