Ağdərənin Vəngli kəndinə növbəti köç karvanı yola salınıb
Ağdərə rayonunun Vəngli kəndinə novbəti köç karvanı yola salınıb.
1news.az-ın Trend-ə istinadən xəbərinə görə, Ağdamın Dörd Yol adlanan ərazisindən yola salınıb.
Qayıdış proqramının davamı olaraq Ağdərə rayonunun Vəngli kəndinə 16 ailədən 76 nəfər yola salınıb.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə köç edən ailələr bu günə kimi respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.














