Peşə Təhsili üzrə Dövlət Agentliyinə yeni direktor təyin olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Peşə Təhsili üzrə Dövlət Agentliyinə yeni direktor təyin olunub

Qafar Ağayev14:31 - Bu gün
Peşə Təhsili üzrə Dövlət Agentliyinə yeni direktor təyin olunub

Peşə Təhsili üzrə Dövlət Agentliyinə yeni direktor təyin olunub.

1news.az-ın məlumatına görə, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə İlqar Bayramlı həmin vəzifəyə təyinat alıb.

Qeyd edək ki, İlqar Bayramlı 1992-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində ali təhsil alıb, universiteti fərqlənmə diplomu ilə bitirib. 1997–2001-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda iqtisadi-riyazi üsullar ixtisası üzrə aspirantura təhsili alıb.

2003-cü ildə Azərbaycan Ali Hərbi Məktəbində müəllim kimi əmək fəaliyyətinə başlayan İ.Bayramlı sonradan müxtəlif vəzifələrdə çalışıb. 2022–2025-ci illərdə Elm və Təhsil Nazirliyində Təhsilin iqtisadiyyatı şöbəsində əvvəlcə müdir müavini, daha sonra şöbə müdiri, 2025-ci ilin sentyabr–dekabr aylarında Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra edib.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər