Daha iki küçədə mikromobillik zolağı təşkil edilir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha iki küçədə mikromobillik zolağı təşkil edilir - FOTO

Qafar Ağayev17:03 - Bu gün
Daha iki küçədə mikromobillik zolağı təşkil edilir - FOTO

AYNA tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir.

AYNA-dan 1news.az-a verilən məlumata görə, məqsəd şəbəkəni genişləndirmək, zolaqların davamlılığına nail olmaq və mikromobillik vasitələrindən istifadə edən hərəkət iştirakçılarının təhlükəsizliyini, rahatlığını təmin etməkdir.

Hazırda paytaxtın Şıxəli Qurbanov küçəsində mikromobillik zolağı təşkil edilir. Görülən işlər çərçivəsində müvafiq nişanlanma işləri həyata keçirilir, yol nişanları quraşdırılır. Növbəti mərhələdə isə Cəfər Cabbarlı küçəsində bu tip zolaqlar təşkil ediləcək.

Mikromobillik zolaqlarının davamlılığının təmin edilməsi və şəhərin mərkəzi küçələrində mövcud olan zolaqlarla əlaqələndirilməsi nəzərdə tutulur.

Əhali arasında velosipeddən və skuterlərdən istifadəyə artan marağı, eləcə də bu nəqliyyat növünün geniş istifadəsinin mobillik, nəqliyyat sıxlığının azaldılması, ətraf mühitin qorunması, fiziki fəallığın artırılması və sağlam həyat tərzi baxımından əhəmiyyətini nəzərə alaraq, sakinlər üçün şəhər konsepsiyası çərçivəsində AYNA tərəfindən mikromobillik zolaqları şəbəkəsi genişləndiriləcək. Məqsəd xüsusilə yaxın məsafələrə səfərlər zamanı mikromobillik vasitələrini yol hərəkəti iştirakçıları üçün nəqliyyat vasitəsinə çevirməkdir

Cəfər Cabbarlı küçəsində nişanlanma xətləri silinib, hansı yeniliklər olacaq? - AYNA-dan CAVAB - FOTO

Paylaş:
96

Son xəbərlər

Bütün xəbərlər