Ötən il Naxçıvanda 6 erkən nikahın və 1 qohum evliliyinin qarşısı alınıb
Ötən il Naxçıvan Muxtar Respublikasında 6 erkən nikahın və 1 qohum evliliyinin qarşısı alınıb.
1news.az-ın AZƏRTAC-a istinadən xəbərinə görə, bu barədə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib.
Qeyd olunub ki, aidiyyəti qurumlarla birgə Şahbuz rayonunun Gömür kəndində 1, Sədərək rayonunun Sədərək və Dəmirçi kəndlərində 2, Şərur rayonu, Aralıq, Qaraburc kəndlərində 2 və Kəngərli rayonunun Qarabağlar kəndində 1 yetkinlik yaşına çatmayan uşağın toy və nişan mərasimlərinin qarşısı alınıb və valideynlərə qanunamüvafiq izahat verilib. Həmçinin Sədərək rayonu, Dəmirçi kəndində yetkinlik yaşına çatmayan 1 uşağın qohum nikahının qarşısı alınıb.
240












