Dəmir yolunda ötən il toqquşma nəticəsində 8 nəfər həyatını itirib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Dəmir yolunda ötən il toqquşma nəticəsində 8 nəfər həyatını itirib - VİDEO

Qafar Ağayev13:40 - Bu gün
Dəmir yolunda ötən il toqquşma nəticəsində 8 nəfər həyatını itirib - VİDEO

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) maşinistləri 2025-ci ildə qatar qarşısına çıxan qəfil maneələrə görə 123 dəfə təcili tormozlama ediblər.

ADY-dən 1news.az-a verilən məlumata görə, nəticədə 18 dəfə toqquşma qaçılmaz olub, onlarda 10 nəfər ağır xəsarət alıb, 8 nəfər isə həyatını itirib.

Qeyd olunu rki, qatarı dərhal saxlamaq fiziki olaraq qeyri-mümkündür və bunun üçün böyük məsafəyə ehtiyac var.

"Dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yerlərdən keçmək, dəmir yolu xətlərini keçərkən qulaqlıqdan istifadə etməmək, sağa və sola baxmaq, hər iki tərəfdən qatarın gəlmədiyinə əmin olduqdan sonra yola davam etmək mütləqdir!", - məlumatda vurğulanır.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər