Sabah Xankəndi şəhərinə ilk köç olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah Xankəndi şəhərinə ilk köç olacaq

13:41 - Bu gün
Sabah Xankəndi şəhərinə ilk köç olacaq

Yanvarın 21-də Xankəndi şəhərinə ilk köç olacaq.

1news.az APA-ya istinadən xəbər verir ki, Xankəndi sakinləri uzun illərdən sonra öz doğma şəhərinə qayıtmağa başlayır.

Qeyd edək ki, bir müddət əvvəl Xankəndi şəhəri və Kərkicahan qəsəbəsinə ilk köçlə bağlı püşkatma olub. Püşkatma Xankəndi şəhəri və Kərkicahan qəsəbəsinə qayıdacaq ailələr arasında keçirilib. Püşkatma nəticəsində ailələrin hansı binada və mənzildə yaşayacağı müəyyənləşib.

Xatırladaq ki, ötən il dekabrın 20-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə köç başlayıb.

Paylaş:
172

Son xəbərlər

Bütün xəbərlər