İqtisadiyyat Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib | 1news.az | Xəbərlər
Siyasət

İqtisadiyyat Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

15:35 - Bu gün
İqtisadiyyat Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar İqtisadiyyat Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib.

1news.az-a nazirliyə istinadən xəbər verir ki, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi dərin hörmət və minnətdarlıqla yad olunub, məzarları üzərinə gül dəstələri qoyulub.

"20 Yanvar hadisələri xalqımızın azadlıq uğrunda mübarizliyini və sarsılmaz iradəsini dünyaya nümayiş etdirdi. Bu tarix Azərbaycan dövlətinin müstəqilliyinin bərpasında mühüm rol oynayıb. Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daima yaşayacaq", - məlumatda qeyd edilib.

Paylaş:
86

Son xəbərlər

Bütün xəbərlər