Muxtar Babayev: Hazıda dövlətlər təhlükəsizliyə diqqət ayırır, iqlim çağırışları geri planda qalır | 1news.az | Xəbərlər
Siyasət

Muxtar Babayev: Hazıda dövlətlər təhlükəsizliyə diqqət ayırır, iqlim çağırışları geri planda qalır

Qafar Ağayev11:47 - Bu gün
Muxtar Babayev: Hazıda dövlətlər təhlükəsizliyə diqqət ayırır, iqlim çağırışları geri planda qalır

"Hazırda dövlətlər özlərini münaqişə və müharibələrdən qorumağa çalışır, iqlim çağırışları isə diqqətdən kənarda qalır".

1news.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "COP-u Yaşatmaq Uğrunda Mübarizə" panel sessiyasında deyib.

Onun sözlərinə görə, iqlim proqramları üçün maliyyələşdirmə vacibdir:

"Lakin qəbul olunan öhdəliklərin yerinə yetirilməsi məsələsi hələ də sual altındadır. İndiyədək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının çoxsaylı Tərəflər Konfransları (COP) keçirilib. Lakin qərarların icrası hələ tam təmin olunmayıb. İrəliyə doğru necə addım atmaq lazım olduğunu müzakirə etmək vacibdir. Keçmiş və gələcək COP namizədləri bu mövzuda fikir mübadiləsi aparmalıdır. Çoxtərəflilik, BMT təzyiq altındadır".

M.Babayev əlavə edib ki, Bakıda keçirilən COP29-da 300 milyard dollarlıq maliyyə ilə bağlı qəbul edilən qərar və 1.3 milyard dollarlıq yol xəritəsi hələ də sual altındadır:

"Təəssüf ki, bəzi ölkələr bu qərarlardan uzaqlaşır. Dövlətlər daha çox müdafiə və təhlükəsizlik sahəsinə maliyyə ayırmağa üstünlük verirlər. Özlərini münaqişə və müharibələrdən qorumağa çalışırlar, iqlim çağırışları isə arxa planda qalır".

Paylaş:
132

Son xəbərlər

Bütün xəbərlər