Nazir: Azərbaycanın İrandakı səfirliyi və Baş konsulluğu fəaliyyətini bir an belə dayandırmayıb | 1news.az | Xəbərlər
Siyasət

Nazir: Azərbaycanın İrandakı səfirliyi və Baş konsulluğu fəaliyyətini bir an belə dayandırmayıb

Qafar Ağayev11:39 - Bu gün
Nazir: Azərbaycanın İrandakı səfirliyi və Baş konsulluğu fəaliyyətini bir an belə dayandırmayıb

"Tehrandakı səfirliyimiz və Təbrizdəki Baş konsulluğumuz İrandakı Azərbaycan vətəndaşları ilə bağlı mütəmadi fəaliyyətdədir, bütün bu müddət ərzində fəaliyyət bir an belə olsa dayanmayıb".

1news.az APA-ya xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov bu gün jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, İranda olan Azərbaycan vətəndaşları hər hansı çətinliklə üzləşəndə bununla bağlı müraciət edə bilərlər:

"Biz burada hər hansı ciddi problem görmürük, səfirliyimiz və baş konsulluğumuz fəaliyyətdədir".

Paylaş:
79

Son xəbərlər

Bütün xəbərlər