Mobil tətbiqlər taksi xidmətlərini necə dəyişdi və müştəri dəstəyi niyə vacibdir? - VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mobil tətbiqlər taksi xidmətlərini necə dəyişdi və müştəri dəstəyi niyə vacibdir? - VİDEO

19:57 - Bu gün
Mobil tətbiqlər taksi xidmətlərini necə dəyişdi və müştəri dəstəyi niyə vacibdir? - VİDEO

Son illərdə mobil tətbiqlərin inkişafı taksi xidmətlərindən istifadəni əhəmiyyətli dərəcədə asanlaşdırıb. Bir vaxtlar küçədə taksi axtarmaq, qiyməti əvvəlcədən bilməmək və xidmət keyfiyyəti ilə bağlı qeyri-müəyyənliklər adi hal idisə, bu gün mobil platformalar vasitəsilə bir neçə saniyə ərzində səfəri sifariş etmək, marşrutu və qiyməti öncədən görmək mümkündür.

10–15 il əvvəl Bakı şəhərində taksi bazarında əsasən nağd ödəniş üstünlük təşkil edir, xidmət keyfiyyəti və təhlükəsizlik üzrə vahid standartlar mövcud olmur, həmçinin sərnişinlərin seçim imkanları məhdud olurdu. Bu gün isə rəqəmsal həllər sayəsində qiymətlərin əvvəlcədən görünməsi, sürücü və avtomobil məlumatlarının şəffaflığı, xidmət keyfiyyətinə nəzarət və daha geniş xidmət seçimi təmin edilir ki, bu da həm sərnişinlər, həm də sürücülər üçün daha təhlükəsiz və aydın mühit yaradır.

Bu müsahibədə Bolt-un müştəri dəstək xidmətinin əsas alətləri, tez-tez rast gəlinən problemlər və onların həlli yolları barədə, Bolt Azərbaycan Müştəri Dəstəyi üzrə mütəxəssis Nəriman Abbasovun iştirakı ilə danışacağıq.

– Nəriman bəy, ümumiyyətlə müştəri dəstəyi niyə bu qədər vacibdir?

— İlk olaraq qeyd edim ki, Bolt taksi şirkəti deyil. Bolt istifadəçiləri müxtəlif xidmətlərlə birləşdirən texnoloji platformadır. Bolt tətbiqi vasitəsilə istifadəçilər taksi sifarişi, qida çatdırılması, mikromobillik (skuter), eləcə də Bolt for Business korporativ həllərindən yararlana bilirlər. Bu yanaşma istifadəçilərə daha çevik və ehtiyaclarına uyğun seçimlər təqdim edir.

Bolt platformasında əsas məqsədimiz texnologiya vasitəsilə səfərlərin böyük əksəriyyətinin problemsiz və müdaxiləsiz şəkildə baş tutmasını təmin etməkdir. Tətbiqdə mövcud funksiyalar bir çox məsələlərin — o cümlədən unudulmuş əşyalarla bağlı əlaqə istifadəçilər tərəfindən birbaşa həllinə imkan yaradır. Yalnız səfər zamanı və ya sonrasında əlavə çətinlik yarandıqda, müştəri dəstəyi prosesi cəlb olunur və hər bir müraciət operativ, ədalətli və şəffaf şəkildə araşdırılır. Bu yanaşma həm xidmətin səmərəliliyini, həm də istifadəçilərin platformaya olan etimadını qorumağa xidmət edir.

– Bolt-un Azərbaycandakı müştəri dəstəyi hansı prinsiplər əsasında fəaliyyət göstərir?

— Bolt-un müştəri dəstəyi sürət, obyektivlik və təhlükəsizlik prinsiplərinə əsaslanır. Hər müraciət ayrıca araşdırılır, tətbiqdə mövcud məlumatlar və sistem qeydləri əsasında qiymətləndirilir. Qərarlar həm sərnişinin, həm də sürücünün hüquqları nəzərə alınaraq verilir.

– İstifadəçilərin verdiyi rəy və sürücülərin reytinqi nə üçün vacibdir?

— Rəy və reytinqlər xidmət keyfiyyətinin qorunmasında əsas alətlərdəndir. Sərnişinlərin verdiyi qiymətləndirmələr sürücülərin davranışına və xidmət səviyyəsinə birbaşa təsir edir. Eyni zamanda, bu məlumatlar problemli halların erkən mərhələdə aşkar edilməsinə imkan yaradır.

– Niyə bu məsələlər üçün məhz Bolt tətbiqindən istifadə etmək tövsiyə olunur?

— Çünki yalnız tətbiq daxilində edilən müraciətlər konkret səfərlə avtomatik əlaqələndirilir və Bolt komandası dərhal bütün zəruri məlumatlara — sifarişin detalları, səfəri həyata keçirən sürücü, marşrut, səfərin gedişi və tərəflər arasında baş vermiş ünsiyyətə çıxış əldə edir. Bu, məsələnin daha sürətli, obyektiv və dəqiq şəkildə araşdırılmasına imkan verir. Sosial şəbəkələr və digər kanallar məlumatı əksər hallarda natamam təqdim etdiyi üçün problemi eyni effektivliklə həll etmək mümkün olmur.

Son dövrlərdə taksi xidmətində tez-tez rast gəlinən problemlər hansılardır?

— Kart ödənişindən imtina və ya iki ünvanlı sifarişlərin qəbul edilməməsi kimi hallar mövcuddur və ciddi nəzarətdə saxlanılır. Bu cür davranışlar Bolt qaydalarına ziddir. Belə hallarda istifadəçilər tətbiq üzərindən müraciət etməli və müştəri dəstəyi tərəfindən müvafiq tədbirlər görülür.

Eyni zamanda, təhlükəsizliklə bağlı məsələlər Bolt üçün əsas prioritetdir. Statistikaya əsasən, hazırda Bolt platformasında hər 10 000 səfərə düşən təhlükəsizliklə bağlı şikayətlərin sayı cəmi 0,57 təşkil edir. Bu göstərici illik ümumi səfərlərin təxminən 0,0057%-ni əhatə edir ki, bu da tətbiq olunan təhlükəsizlik tədbirlərinin effektivliyini göstərir. Təhlükəli sürücülük, tətbiqdə göstərilən sürücü və ya avtomobil məlumatlarının faktiki vəziyyətlə uyğun gəlməməsi, eləcə də sürücünün şübhəli davranışı ciddi şəkildə araşdırılır.

Səfərdən əvvəl sürücülərin kimliyi və avtomobil məlumatları yoxlanılır. Əgər səfər zamanı hər hansı uyğunsuzluq müşahidə olunarsa, sərnişin bunu tətbiq üzərindən bildirə bilər. Bu cür müraciətlər və verilən rəylər sistemdə toplanır və təkrar olunan neqativ hallar aşkar edildikdə, xidmət göstərməyə uyğun olmayan sürücülərin platformaya çıxışı məhdudlaşdırılır və ya dayandırılır. Bu mexanizm potensial risklərin vaxtında qarşısını almağa və yüzlərlə mənfi təcrübənin baş verməsinin önlənməsinə xidmət edir.

– Səfər zamanı sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün Bolt tətbiqində hansı əsas alətlər və yeni funksiyalar mövcuddur?

Səfər zamanı istifadəçilər üçün bir sıra təhlükəsizlik alətləri mövcuddur. Bunlara səfərin canlı izlənilməsi və yaxınlarla paylaşılması, Təcili Yardım düyməsi daxildir. Bu alətlərdən istifadə xüsusilə tövsiyə olunur.

Qeyd edim ki, tətbiqdə Pick-up Code (Gedişin Təsdiq Kodu) adlı yeni təhlükəsizlik funksiyası da istifadəyə verilib. Bu funksiya səfərin yalnız düzgün sürücü və sərnişin arasında başladığını təsdiqləyir və yanlışlıqla başqa bir şəxsin təyin edilmiş avtomobilə əyləşməsinin qarşısını alır. Sərnişin bu kodu tətbiqin “hlükəsizlik” bölməsindən aktivləşdirə bilər.

– Bəs sürücülərin qarşılaşa biləcəyi problemlər nələrdir və onlar nə etməlidirlər?

— Sürücülər də müxtəlif problemlərlə üzləşə bilirlər — sərnişin davranışı, ödənişlə bağlı anlaşılmazlıqlar, fırıldaqçılıq və dələdulzuq halları və s. Belə vəziyyətlərdə sürücülər də tətbiq üzərindən müştəri dəstəyinə müraciət etməlidirlər. Bolt platforması hər iki tərəfin təhlükəsizliyini qorumaq üçün alətlər təqdim edir.

– Sonda istifadəçilərə nə tövsiyə edərdiniz?

— Bolt-dan istifadə edərkən hər hansı problem yaranarsa, bunu tətbiq daxilində bildirsinlər, rəy və reytinq verməyi unutmasınlar və təhlükəsizlik funksiyalarından aktiv istifadə etsinlər. Bu, həm öz rahatlıqları, həm də platformanın ümumi xidmət keyfiyyəti üçün vacibdir.

Paylaş:
102

Son xəbərlər

Bütün xəbərlər