Hərbi prokurorun müavini vəzifəsinə təyinat olub
Hərbi prokurorun müavini vəzifəsinə təyinat olub.
1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Hərbi Prokurorluğun Kadrlar şöbəsinin rəisi ədliyyə polkovniki Elmir Süleymanlı hərbi prokurorun müavini vəzifəsinə təyin olunub.
Hərbi Prokurorluğun Mətbuat xidmətindən APA-ya məlumatı təqsdiqləyiblər.
Bundan başqa, ədliyyə polkovnik-leytenantı Samir Qarabəyli Hərbi Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəi müavini təyin edilib.
71












