Bakıda daha iki ünvanda minib-düşmə yeri yaradılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda daha iki ünvanda minib-düşmə yeri yaradılıb

Qafar Ağayev13:29 - Bu gün
Bakıda daha iki ünvanda minib-düşmə yeri yaradılıb

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək məqsədilə xüsusi yerlərin yaradılması davam etdirilir.

Agentlikdən 1news.az-a verilən məlumata görə, növbəti belə yerlər Səbail və Nəsimi rayonları ərazisində təşkil edilib.

Üzeyir Hacıbəyli küçəsində (Puşkin küçəsi ilə Azadlıq prospektinin aralığı) və Azadlıq prospektində (ABŞ səfirliyinin qarşısı) minib-düşmə yerləri ilə bağlı müvafiq lövhələr yerləşdirilib.

Görülən bu tədbirlərin əsas məqsədi avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır.

Minib-düşmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir.

Paylaş:
105

Son xəbərlər

Bütün xəbərlər