Məleykə Abbaszadə: İmtahanların böyük hissəsi elektronlaşdırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Məleykə Abbaszadə: İmtahanların böyük hissəsi elektronlaşdırılacaq

15:32 - Bu gün
Məleykə Abbaszadə: İmtahanların böyük hissəsi elektronlaşdırılacaq

Ötən il Dövlət İmtahan Mərkəzi (DİM) 323 imtahan keçirib.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu DİM sədri Məleykə Abbaszadə imtahan rəhbərləri və zal nəzarətçilərinin fəaliyyətinin qiymətləndirilməsinə dair tədbirdə deyib.

O qeyd edib ki, imtahanların böyük hissəsinin elektronlaşdırılması nəzərdə tutulur:

“Bu baxımdan nəzarətçi müəllimlərin elektron imtahan sistemləri ilə bağlı məlumatlı olması və nəzarəti müasir tələblərə uyğun şəkildə həyata keçirməsi vacibdir. Zal nəzarətçilərinin sertifikasiyası ilə bağlı mütəmadi olaraq elanlar verilir. Nəzarətçilər sertifikata malik müəllimlər arasından seçilir. Bu proses davamlı xarakter daşıyır. Zal nəzarətçilərinin hazırlanması müntəzəm şəkildə təşkil olunur”.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər