Ermənistan parlamentinin sədri Robert Koçaryanı məhkəməyə verib | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan parlamentinin sədri Robert Koçaryanı məhkəməyə verib

14:16 - Bu gün
Ermənistan parlamentinin sədri Robert Koçaryanı məhkəməyə verib

Fevralın 5-də Ermənistan parlamentinin sədri Alen Simonyan sabiq prezident Robert Koçaryandan məhkəməyə şikayət edib.

1news.az-ın Ermənistan KİV-lərinə istinadən məlumatına görə, Simonyan Koçaryandan ünvanına səslənmiş təhqirlərə görə ictimai üzrxahlıq və 1 milyon dram (təxminən 4 520 AZN) təzminat tələb edir.

Milli Assambleya sədrinin tələbinə görə, üzr mətni Koçaryanın sosial şəbəkə səhifəsində ən azı 5 gün ərzində görünən şəkildə dərc olunmalı, mümkün olmadıqda isə azı 5 min nüsxə tirajla nəşr edilməlidir.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər