Atom Enerjisi üzrə Beynəlxalq Agentlik: İranda nüvə stansiyasına raket düşüb | 1news.az | Xəbərlər
Dünya

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik: İranda nüvə stansiyasına raket düşüb

Qafar Ağayev10:33 - Bu gün
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik: İranda nüvə stansiyasına raket düşüb

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İran hakimiyyətinin Buşehr Atom Elektrik Stansiyasının ərazisinə çərşənbə axşamı axşam saatlarında raket düşdüyünü bildirib.

1news.az xəbər verir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən yayılan məlumatda qeyd olunur ki, insident nəticəsində stansiyada hər hansı zərər və ya personal arasında xəsarət alan olmayıb.

Açıqlamada vurğulanıb ki, agentliyin baş direktoru Rafael Grossi nüvə qəzası riskinin qarşısını almaq üçün münaqişə tərəflərini maksimum təmkin nümayiş etdirməyə çağırıb.

Bildirilib ki, bundan əvvəl İran Atom Enerjisi Təşkilatının İctimaiyyətlə Əlaqələr bölməsi də Buşehr AES ərazisinə raket düşdüyünü təsdiqləyib.

Qurumun açıqlamasında qeyd olunub ki, stansiya zərər görməyib və bu cür hücumlar nüvə obyektlərinin hərbi əməliyyatlardan qorunmasına dair beynəlxalq hüquq normalarına ziddir.

Paylaş:
106

Son xəbərlər

Bütün xəbərlər