Türkiyədəki İncirlik bazasında daha bir “Patriot” sistemi yerləşdirilir | 1news.az | Xəbərlər
Dünya

Türkiyədəki İncirlik bazasında daha bir “Patriot” sistemi yerləşdirilir

Qafar Ağayev13:46 - Bu gün
Türkiyədəki İncirlik bazasında daha bir “Patriot” sistemi yerləşdirilir

Türkiyədə hava məkanının təhlükəsizliyini təmin etmək üçün Adana vilayətində əlavə “Patriot” hava hücumundan müdafiə vasitəsi yerləşdirilir.

1news.az “Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyinin (MMN) Mətbuat və İctimai Əlaqələr Müşaviri və Nazirliyin Spikeri Tuğamirəl Zeki Aktürk bildirib.

“Martın 13-də İrandan buraxılaraq hava məkanımıza daxil olan daha bir ballistik sursat Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO-nun hava və raketdən müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Hadisənin bütün təfərrüatları ilə araşdırılması üçün aidiyyəti ölkə ilə təmaslar davam etdirilir, milli təhlükəsizliyimizə yönələn hər cür təhdidə qarşı bütün zəruri tədbirlər qətiyyətlə görülür, bölgəmizdəki proseslər yaxından və diqqətlə izlənilir.

Bundan əlavə, hava məkanımızın və vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək məqsədilə milli səviyyədə görülən tədbirlərlə yanaşı, Adanada yerləşdirilmiş mövcud İspaniyaya məxsus “Patriot” sisteminə əlavə olaraq, Almaniyanın Ramştayn şəhərində yerləşən Müttəfiq Hava Komandanlığı tərəfindən təyin olunan daha bir “Patriot” sistemi də Adanada yerləşdirilir” - deyə, o əlavə edib.

Paylaş:
82

Son xəbərlər

Bütün xəbərlər