Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə təqdim olunur | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə təqdim olunur

Qafar Ağayev17:22 - Bu gün
Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə təqdim olunur

Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu Türkiyənin İstanbul şəhərində keçirilən 29-cu Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində (EMITT 2026) iştirak edir.

1news.az Agentliyə istinadən xəbər verir ki, milli stendə Büro ilə yanaşı, 11 yerli turizm sənayesi nümayəndəsi və "Azərbaycan Hava Yolları" QSC təmsil olunur.

"Experience Azerbaijan" stendində təşkil edilən B2B və B2C formatlı görüşlər çərçivəsində ölkəmizin turizm imkanları, mədəni və təbii irsi, həmçinin qastroturizm, dağ-xizək mərkəzləri, şərabçılıq və sağlamlıq turizmi də daxil olmaqla müxtəlif turizm məhsulları barədə ətraflı məlumat verilir.

Sabah başa çatacaq sərgidə 109 ölkədən 660 turoperator təmsil olunur.

Bu ilin yanvar ayında Azərbaycana səfər edən Türkiyə vətəndaşlarının sayı 36 536 nəfər təşkil edib ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 16 % çoxdur.

Paylaş:
86

Son xəbərlər

Bütün xəbərlər