Bakının yaşıllıqlara 25 680 manat məbləğində ziyan dəydiyi müəyyən edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının yaşıllıqlara 25 680 manat məbləğində ziyan dəydiyi müəyyən edilib

Qafar Ağayev17:55 - Bu gün
Bakının yaşıllıqlara 25 680 manat məbləğində ziyan dəydiyi müəyyən edilib

Bakının müxtəlif ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkarlanıb.

1news.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, qurumun əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri ərazisində yaşıllıqların qanunsuz kəsilməsi halları müəyyən edilib.

Araşdırma zamanı Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 1A, Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi 283A ünvanlarında, Xəzər rayonu Mərdəkan qəsəbəsi Müşfiq Şahbazov küçəsində, eləcə də Nəsimi rayonu Abay döngəsi 360-cı məhəllədə ağacların qanunsuz kəsildiyi məlum olub.

Qeyd olunub ki, nəticədə yaşıllıqlara 25 680 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından, məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər