Müəllimin xəsarət alması faktı ilə bağlı araşdırma aparılır - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Müəllimin xəsarət alması faktı ilə bağlı araşdırma aparılır - YENİLƏNİB

Qafar Ağayev11:11 - Bu gün
Müəllimin xəsarət alması faktı ilə bağlı araşdırma aparılır - YENİLƏNİB

Fevralın 6-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən məktəblərdən birində şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

1news.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən şagird prokurorluq tərəfində tutulub.

Hazırda prokurorluq əməkdaşları hadisə yerinin baxışının keçirir, eləcə də hadisənin başvermə şəraiti və səbəblərinin dəqiqləşdirilməsi istiqamətində zəruri prosessual hərəkətləri icra edir.

Xəsarət alan şəxsə vaxtında ilkin tibbi yardım göstərilməsi təmin edilib və xəstəxanaya yerləşdirilərək müvafiq tibb müəssisəsi tərəfindən müalicəsi aparılır.

***

10:48

Fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, o, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllim işləyən Ş.K-ya xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
180

Son xəbərlər

Bütün xəbərlər