Cəlilabadda narkotikin təsiri altında avtomobili idarə edən şəxs həbs edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlilabadda narkotikin təsiri altında avtomobili idarə edən şəxs həbs edildi

10:26 - Bu gün
Cəlilabadda narkotikin təsiri altında avtomobili idarə edən şəxs həbs edildi

Cəlilabad rayonu ərazisində "Vaz 2106" markalı avtomobilin sürücüsü yol hərəkəti qaydasını pozduğu üçün yol polisi əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilir ki, yoxlama zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən Zamiq Səfərovun narkotik vasitədən istifadə etməsinə də şübhələr yarandığından onun tibbi müayinədən keçməsi təmin edilib.

Nəticədə həmin şəxsin psixotrop maddə metamfetamin və marixuana istifadə etdiyi müəyyənləşib.

Məhkəmənin qərarı ilə Z.Səfərov 15 gün müddətinə inzibati həbs olunub.

Paylaş:
89

Son xəbərlər

Bütün xəbərlər