Siyəzəndə keçmiş qadın məhkumdan 6 kiloqram narkotik aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Siyəzəndə keçmiş qadın məhkumdan 6 kiloqram narkotik aşkarlanıb

12:03 - Bu gün
Siyəzəndə keçmiş qadın məhkumdan 6 kiloqram narkotik aşkarlanıb

Siyəzən rayonunda narkotiklərin qanunsuz dövriyyəsində təqsirləndirilən əvvəllər məhkum olunmuş 40 yaşlı Şəbnəm Bayramova həbs olunub.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, ondan 6 kiloqrama yaxın marixuana, külli miqdarda heroin, psixotrop maddə olan metamfetamin, həmçinin psixotrop tərkibli 120 ədəd preqabalin həbi maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş:
82

Son xəbərlər

Bütün xəbərlər