ABŞ vitse-prezidentinin Ermənistana səfəri başlayıb | 1news.az | Xəbərlər
Dünya

ABŞ vitse-prezidentinin Ermənistana səfəri başlayıb

Qafar Ağayev17:45 - Bu gün
ABŞ vitse-prezidentinin Ermənistana səfəri başlayıb

Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vensin (J. D. Vens) Ermənistana səfəri başlayıb.

1news.az "Armenpress"ə istinadən xəbər verir ki, ABŞ vitse-prezidentinin təyyarəsi Yerevanın «Zvartnots» hava limanına eniş edib.

Qeyd olunub ki, ABŞ vitse-prezidenti Yerevana həyat yoldaşı Uşa Vens və övladları ilə birlikdə gəlib. Hava limanında Vensi Ermənistan Milli Məclisinin sədri Alen Simonyan, Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasian, Yerevan şəhərinin meri Tiqran Avinyan və digər rəsmilər qarşılayıblar.

Paylaş:
86

Son xəbərlər

Bütün xəbərlər