Cənubi Koreyada hərbi helikopter qəzaya uğrayıb, ölənlər var | 1news.az | Xəbərlər
Dünya

Cənubi Koreyada hərbi helikopter qəzaya uğrayıb, ölənlər var

Qafar Ağayev10:19 - Bu gün
Cənubi Koreyada hərbi helikopter qəzaya uğrayıb, ölənlər var

Cənubi Koreyanın Gyeonggi əyalətində hərbi helikopter qəzaya uğrayıb, 2 nəfər ölüb.

1news.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb. Bildirilir ki, Gyeonggi əyalətində “AH-1S Cobra” tipli hərbi helikopter fövqəladə eniş prosedurları üzrə təlim uçuşu həyata keçirmək üçün havaya qalxıb.

Helikopter təlim zamanı paytaxt Seul yaxınlığındakı Gapyeong şəhərində qəzaya uğrayıb.

Səlahiyyətli şəxslərin məlumatına görə, helikopterdə olan iki hərbçi xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb. Qəza zamanı yanğın və ya partlayış baş verməyib.

Hazırda hadisənin dəqiq səbəbləri araşdırılır.

Paylaş:
154

Son xəbərlər

Bütün xəbərlər