ABŞ-də təyyarə avtomobillərlə toqquşdu, yaralılar var - VİDEO | 1news.az | Xəbərlər
Dünya

ABŞ-də təyyarə avtomobillərlə toqquşdu, yaralılar var - VİDEO

13:41 - Bu gün
ABŞ-də təyyarə avtomobillərlə toqquşdu, yaralılar var - VİDEO

ABŞ-ın Corciya ştatının Gainesville şəhərində mexaniki nasazlıq yaşayan təyyarə işlək yola məcburi eniş edib və 3 avtomobilə çırpılıb.

1news.az xəbər verir ki, hadisə “Hawker Beechcraft BE-36” tipli tək mühərrikli kiçik təyyarə ilə baş verib. Məcburi eniş zamanı təyyarə hərəkətin intensiv olduğu yolda 3 nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində iki avtomobilin sürücüsü yüngül xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisədən sonra yol nəqliyyatın hərəkəti üçün müvəqqəti bağlanıb və ərazidə uzun tıxac yaranıb.

ABŞ-ın Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) açıqlamasına görə, insident təyyarə Lee Gilmer Memorial Hava Limanından Cherokee County Regional Hava Limanına doğru hərəkətdə olarkən baş verib.

Məlumata əsasən, qalxışdan qısa müddət sonra pilot mühərrikdə nasazlıq aşkarlayıb və Gainesville hava limanına geri dönərək eniş etməyə qərar verib. Lakin təyyarənin hava limanına çatmaq üçün kifayət qədər gücü olmadığından pilot avtomobil yoluna məcburi eniş edib və nəticədə 3 avtomobilə çırpılıb.

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər