Abşeronda yük avtomobilindən yarım ton yanacaq oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeronda yük avtomobilindən yarım ton yanacaq oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Qafar Ağayev15:53 - 13 / 02 / 2026
Abşeronda yük avtomobilindən yarım ton yanacaq oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində "MAN" markalı yük avtomobilindən 490 litr yanacaq oğurlanıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı R.Cahangirov saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, R.Cahangirov oğurladığı yanacağı eyni markadan olan öz yük maşınının çəninə töküb. R.Cahangirov barəsində toplanan material məhkəməyə göndərilib. O, 30 gün müddətinə inzibati qaydada həbs edilib.

Paylaş:
228

Son xəbərlər

Bütün xəbərlər