Şirvanda 6 nəfər narkotiklə saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Şirvanda 6 nəfər narkotiklə saxlanıldı

15:44 - Bu gün
Şirvanda 6 nəfər narkotiklə saxlanıldı

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 6 nəfər saxlanılıb.

1news.az xəbər verir ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən İlham Qarayev, Anar Balakişiyev, Roman Mustafayev, Akif İbadov, Fuad Rzayev və Taleh Zeynalov saxlanılıblar.

Adıçəkilən şəxslərdən külli miqdarda, metamfetamin, heroin və marixuana aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş:
67

Son xəbərlər

Bütün xəbərlər