43 yaşlı qadın estetik əməliyyatdan sonra ölüb, araşdırma aparılır | 1news.az | Xəbərlər
Cəmiyyət

43 yaşlı qadın estetik əməliyyatdan sonra ölüb, araşdırma aparılır

Qafar Ağayev11:49 - Bu gün
43 yaşlı qadın estetik əməliyyatdan sonra ölüb, araşdırma aparılır

Şəxsin “MediHall Hospital'”da ölməsi faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə 1news.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, fevralın 10-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "MediHall Hospital”da əməliyyat olunmuş 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın 3 gün sonra həmin klinikada ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

"Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək", məlumatda deyilir.

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər