Lənkəranda çörək istehsalı sexində yoxlama aparılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəranda çörək istehsalı sexində yoxlama aparılıb

Qafar Ağayev14:24 - Bu gün
Lənkəranda çörək istehsalı sexində yoxlama aparılıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları daxil olan müraciət əsasında Lənkəran şəhərinin İ.Səmədzadə küçəsində sahibkar Etibar Müzəffər oğlu Əkbərova məxsus çörək istehsalı sexində yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən 1news.az-a verilən məlumata görə, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

İstehsal obyektində sanitar-gigiyenik və sanitar-texniki tələblərə əməl olunmadığı, həmçinin çörək məhsullarında etiketlənmənin aparılmadığı müəyyən edilib.

Sahibkar barəsində inzibati protokol tərtib olunub, çörək istehsalı sahəsi nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər