İnşaat Kollecinə yeni direktor təyin olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

İnşaat Kollecinə yeni direktor təyin olunub

Qafar Ağayev14:12 - Bu gün
İnşaat Kollecinə yeni direktor təyin olunub

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Şəhla Abbasova Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin direktoru vəzifəsinə təyin olunub və kollektivə təqdim edilib.

Agentlikdən 1news.az-a verilən məlumata görə, Şəhla Abbasova Azərbaycan Memarlıq və İnşaat Universitetində memarlıq sahəsi üzrə bakalavriat, magistratura və doktorantura təhsili alıb, “Memarlıq” üzrə fəlsəfə doktoru elmi dərəcəsinə sahibdir.

O, müxtəlif illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində müəllim, assistent, dosent, həmçinin Türkiyənin Mehmet Akif Ersoy Universitetində dosent olaraq fəaliyyət göstərib.

Qeyd edək ki, Ş. Abbasova 2022-ci ildən son təyinatadək Xəzər Universitetinin Memarlıq və dizayn departamentinin müdiri vəzifəsində çalışıb, yerli və beynəlxalq elmi jurnallarda və konfranslarda bir sıra məqalələrlə çıxış edib.

Şəhla Abbasova

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər