Lənkəranda kafedə mənşəyi məlum olmayan alkoqollu içkilər aşkarlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəranda kafedə mənşəyi məlum olmayan alkoqollu içkilər aşkarlanıb - FOTO

15:16 - Bu gün
Lənkəranda kafedə mənşəyi məlum olmayan alkoqollu içkilər aşkarlanıb - FOTO

Lənkəranda sanitar-gigiyenik tələblərə cavab vermədən fəaliyyət göstərən qida obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.

1news.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, M.Mustafaxan küçəsi 69 ünvanında yerləşən, fiziki şəxs Bağırov Xaqani Əlimirzə oğluna məxsus kafedə normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Həmçinin “Ruskiy Dozor”, “Magnat” əmtəə nişanlı mənşəyi məlum olmayan alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb.

Sahibkar barəsində inzibati protokol tərtib edilib və nöqsanların aradan qaldırılması üçün vaxt verilib.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər